SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində 19 yaşlı qız döyülüb. Hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Cəmilə Qismət qızı Seyidova naməlum şəxslərin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Seyidova Sumqayıt şəhərində apteklərdən birində işləyir. (Report)

BAKU.WS