SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, onun idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Məsələ ilə bağlı sənətçinin həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə əlaqə saxladıq.

O bildirib ki, hazırda həyat yoldaşı 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır:

“Vəziyyəti barədə bir azdan ətraflı məlumat verəcəm. Hazırda yoldayam. Qəzanın necə baş verməsi haqda isə informasiyam yoxdur”.

BAKU.WS