SİZİN REKLAM BURADA!
055 213 76 73



Vaxtaşırı sürücülərin narazılığına yol açan məqamlardan biri də nişanların qarşısındakı maneələrdir. Paytaxt küçələrində bəzi yol nişanları və işıqforların yaşıllıqların arxasında qalması onlara problem yaradır.

ARB TV-nin “Günə doğru” verilişində gizlənən yol nişanları haqda sujet efirə gedib.

Şəhərdə əsas küçə və prospektləri çıxmaq şərti ilə digər ərazilərdə ağacların qol-budaq atan vaxtı nişanlar gözə görünməz olur. Düzdür yol qırağı yaşıllıqların olması həm ekoloji həm də estetik baxımdan gözəldir. Ancaq bu gözəllik bəzən sürücünün cərimələnməsi ən pisi isə yol nəqliyyatı hadisəsinin törətməsinə şərait yaradır. Bəs yol nişanlarının bu cür görünməz hala gəlməməsi üçün prosesə kim nəzarət etməlidir.

Ərşad Hüseynov – Hüquqşünas: “Qüvvədə olan qanunvericiliyə görə ərazidə xidmət edən yol polisi əməkdaşı hər gün növbəyə çıxarkən xidmət ərazisindəki bütün texniki vasitələrə baxış keçirməlidir. Bu zaman aşkar olan bütün qüsurlar barəsində rəhbərliyə məlumat verməlidilər”.

Bu işdə yaşıllıqlara cavabdeh olan qurumlarla yol polisi birgə çalışmalıdır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, bu günə qədər yol inspektorlarının raportu sayəsində 70 qədər ünvanda yol nişanlarına görünməsinə mane olan ağacların budanması prosesi keçirilib.

Vaqif Əsədov – BŞDYP idarəsinin şöbə rəisi: “Bu sahələr üzrə nəzarət davam edir. Nəticə olaraq yenə təsirli tədbirlər görəcəyik”.

Görünməz nişan sürücünü məsuliyyətdən azad edir. Mütəxəssilər sürücülər bu məsələdə ayıq olmağa çağırır.

Qanunvericilikdə nəzərdə tutulan qaydada yol hərəkətini tənzimləyən texniki vasitələr, işıqforlar,yol nişanları standarta uyğun şəkildə gecə və gündüz 100 metr məsafədən görünməlidir.

BAKU.WS