SİZİN REKLAM BURADA!
055 213 76 73



"Heyvandarlığın, əkinçiliyin idarə edilməsi xüsusi proqramlar əsasında həyata keçirilməlidir".

BAKU.WS
xəbər verir ki, bunu Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov bildirib. Onun sözlərinə görə, bu proseslər göstərişlərlə yox, əvvəldən hazırlanan proqramlara uyğun aparılmalıdır.

Fermer deyir ki, əkinlər ərazidəki suyun həcminə görə əkilməlidir.

"Qubanın suyunun giriş yeri neçə hektarlıqdırsa, əkin sahələri də o qədər olmalıdır. Biz əkmişik, hamısı saralıb. Su yoxdur", - deyə İldırım Məmmədov bildirib.

Fermerin fikrincə, əsas problem bu sahəyə təyin edilən məmurların işini düzgün icra etməməsidir.

"Tutalım hansısa yerə başçı qoyurlar. Söhbət əvvəllər qoyulanlardan gedir. Həmin insana deyirlər ki, əkinçiliyi inkişaf etdir. O da insanların 1000 ha torpağında fındıq, sarımsaq və s. əkir. Guya bu yaxşı iş görür də. Axı onu bu zəhmətli işi görməyə yox, əkdirməyə göndəriblər. Göndəriblər ki, təbliğat etsə, insanları əməyə cəlb etsin", - deyə fermer bildirib.

İ.məmmədov deyir ki, əsas problem bu sahədə insanların işlərini düzgün aparmamasındadır.

"İlk baxışdan kişi zəhmət çəkir. Əlinin, Məmmədin adına və digər kartof satan lütlərin adına torpaq alır. Başlayır əkməyə. Digər kütləvi əhalinin suyuna ortaq olur. Onu şəxsi alver qurmağa göndərməyiblər".

BAKU.WS