SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS istirahət gününün - 27 may tarixinin ulduz falını təqdim edir:

QOÇ - Bütün hallarda uğurlu gündür. Məqsədə gedən yolda şans sizinlə yanaşı addımlayır. Heç bir mane sizi saxlaya bilməz. Hadisələr sizin xeyrinizə gözlənilmədən dəyişəcək. Yeni tanışlıqlar yeni imkanlar yaradacaq.

BUĞA - Kişi Buğalar bu gün qarşı cinsdə maraq və diqqət yaradacaq. Kainat bu gün həyatınızda hormoniya yaradacaq. Qadın Buğalarda yaradıcılıq partlayışları olacaq. Bir sözlə, bu gün hər kəs sizdən danışacaq. Diqqət mərkəzində olduğunuzu nəzərə alıb, xarici görünüşünüzə zaman ayırın.

ƏKİZLƏR - Təzadlı gündür, xüsusilə şəxsi həyatda. Həyat yoldaşınız və ya sevgilinizlə dil tapmaq asan olmayacaq. Mübahisə etsəniz uduzmuş tərəf olacaqsız. Bu üzdən hadisələrə təmkinlə yanaşın. Lakin hər şeyi ürəyinizə yaxın buraxmayın. Özgüvəniniz uğur qazanmanıza kömək edəcək. Ruhdan düşməyin.

XƏRÇƏNG - Kainat hormoniya, rahatlıq və hadisələrin düzgün gedişatını vəd edir. İlham pərisi sizi ruhlandıracaq, onu qarşı getməyin. Bu müsbət cəhət işlərinizdə təkan yaradacaq. Yaxın insanlar sizə kömək edəcək. Stressdən uzaq olun, enerjinizi tükətməyin.

ŞİR - Çox uğurlu gündür. Ailədə və işdə yaranmış çətinliklər bitəcək. Yaşananlar həyat enerjinizi azaldıb, bu səbəbdən istirahət gününü özünüzə həsr edin. Yeni həftəyə yüksək həyat enerjisi ilə başlayacaqsız. Ulduzların düzülüşü sevinc vəd edir.

QIZ - Həftə sonu həyatınızda dönüş gözlənilir. Narahat olmayın, dəyişiklik xeyrinizə olacaq. Düşündüklərinizi həyata keçirmək istəyirsizsə, gücünüzü düzgün hesablayın. Evlə iş arasında qalmayın. Bu sizə hər iki tərəfdə problem yaşada bilər.

TƏRƏZİ - Yaxşı gündür. Kosmosdan alacağınız enerji yeni fikirlər və yeni ideyalara səbəb olacaq. Nəticələr sizi məmnun edəcək. Amma unutmayın ki, hər bir işdə qızıl ortanı qoruyub saxlamaq lazımdır. Belə etməsəniz çətinliklər yarada bilərsiz.

ƏQRƏB - Həyat enerjiniz yüksəkdir və durmadan artır. Buna baxmayaraq, gücünüzdən artıq yükü çiyninizə almağı ağlınızdan keçirməyin. Həftə sonu bu enerjinizi aktiv istirahətə sərf etməniz məsləhətlidir. İş həmişə var, bu gün sevdiyiniz insanların əhatəsində dincəlin.

OXATAN - Yaradıcı aktivlik üçün uğurlu gündür. Biznes sahəsində də vəziyyət qənaətbəxşdir. Özünüzü düşünən bürcsüz, buna baxmayaraq bu aralar peçşəkar sahədə yaranmış problemlər dincəlməyə imkan vermir. Unutmayın, rahatlıq əldə etmək istəyirsizsə, işlərinizi səhmana salmalısız.

OĞLAQ - Xoş xəbərlər və sürprizlə zəngin gündür. Həftə boyu yaşadığınız stressləri bu gün atacaqsız. Gün ərzində qarşılaşdığınız hadisələr və pozitiv insanlardan alacağınız müsbət enerji yeni həftədə sizi tərk etməyəcək. Yüksək həyat enerjiniz sizi kollektivin sevimlisi edəcək.

DOLÇA - Gərgin gündür. Çətin vəziyyətə düşə bilərsiz. Amma narahatlığa əsas yoxdur, bu gün yaranacaq problemlər uzunömürlü olmayacaq.
Sadəcə bir gün maraqlarınızın müdafiəsinə qalxmayın, belə etsəniz qarşı tərəf sizin anlayışınızı mükafatlandıracaq.

BALIQLAR - Uğurlu gündür. Nikah və nişan üçün ən əlverişli gün sayıla bilər. Bu gün Balıqlar üçün şəxsi həyat mühüm yer tutacaq. Ailə üzvlərinin və sevdiklərinin maraqları öndə olacaq. Axşam saatlarında könhə dostlarla görüş sizə nostalji yaşadacaq.

BAKU.WS