SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Naibə Allahverdiyeva ruhi xəstəxanada müalicə olunması ilə bağlı yayılmış şayiələrə bir daha aydınlıq gətirib.


BAKU.WS xəbər verir ki, aktrisa Nail Naiboğlunun "Stop" layihəsində bu barədə danışıb:

"Artistlərin hamısı dəlidir də (gülür). Bəli, mən sənətin xəstəsiyəm. Ümumiyyətlə bütün dahi insanlar dəlidir. Amma onların dəliliyi insanlara gözəllik bəxş edir. Mənə gəlincə, heç bir ruhi xəstəxanada yatmamışam. Yəqin ki, yatsaydım onun sənədini də göstərərdilər. Təbii, olmadığı üçün göstərə bilmədilər. Onu yazan adamın özündə problem var. Ya da ki, nevroloji müalicə ilə psixiatrik müalicəni səhv salıb".

Zülfiyyə Qurbanova
BAKU.WS