VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Tofaş" markalı avtomobilin sürücüsü taksi xidməti göstərən zaman yol qaydalarını kobud şəkildə pozaraq, qəza şəraiti yaradıb.

BAKU.WS-in məlumatına görə, taksi sürücüsünün qaydanı pozması motosikletin kamerası ilə çəkilib. Motosiklet sürücüsü yol ilə hərəkətə olarkən taksi sürücüsü onu sıxaraq manevr edir.

Videodan da göründüyü kimi "Tofaş" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Üstəlik o, bununla motosiklet sürücüsünün həyatını təhlükəyə atır.

Motosiklet sürücüsü ona iradını bildirmək istədikdə, "Tofaş" markalı avtomobilin sürücüsü saxlamayaraq avtomobili yolda daha təhlükəli şəkildə idarə edib. Nəqliyyat vasitələri DYP avtomobilləri və postu qarşısından keçərək dəfələrlə qəza şəraiti yaradırlar. Buna baxmayaraq yol polisi avtomobili qayda pozduğu üçün saxlamır. 

BAKU.WS