SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Batman vilayətində 20 yaşlı üç qız onlar barədə şayiələr yayan rəfiqələrini cəzalandıraraq video çəkib sosial şəbəkədə yayıblar.

BAKU.WS
-in Türikiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə 14 mayda cəzalandırılan qızın çalışdığı ofisdə baş verib.

18 yaşlı İ.D-nin 20 yaşlı rəfiqələri nahar fasiləsin zamanı sözügedən ofisə gəliblər. Qızı ofisin sanitar qovşağına salıb, qapını arxadan bağlayıblar.  Təhqir dolu hesablaşma döyülmə ilə başa çatıb.

Əli bıçaqlı qızlar rəsmən terrorçu kimi davranıblar. Rəfiqələrini yetərincə təhqir edib, döyməklə ürəkləri soyumayan qızlar onu soyundurmağa çalışıblar.

Günahkar qız "Bir daha etməyəcəm" deyərək onlara yalvarsa da, gözü dönmüş rəfiqələr sakitləşmək bilməyiblər.

İbrət olsun deyə, bütün bunları telefonla çəkib sosial mediada paylaşıblar. Qızların paylaşdığı video hər kəsi dəhşətə gətirib.

Zülfiyyə Qurbanova
BAKU.WS