VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyə təsirinin araşdırılmasına göstəriş verib.

BAKU.WS
xəbər verir ki, o, bu məsələni ABŞ-ın ticarət naziri Vilbur Rossa həvalə edib.

“Ticarət naziri Vilbur Ross ilə avtomobil sənayemizin son vəziyyəti müzakirə etdik. Ona ABŞ-a idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyinə necə təsir etdiyinin incələnməsi tapşırığını verdim”, - deyə dövlət başçısı qeyd edib.

“Report”un analitik qrupu hesab edir ki, bu araşdırmanın yekununda ABŞ avtomobil idxalına təxminən 25% rüsum tətbiq edə bilər. Bu baş versə, D.Tramp Kanada, Meksika, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə bağlı ticarət münasibələrinə dair apardığı müzakirələrdə əlavə üstünlük qazanacaq.

BAKU.WS