SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Mehriban Xanlarova təhdid və şantajlara məruz qalıb.

BAKU.WS-in məlumatına görə, 51 yaşlı aktrisa yüksək vəzifəli məmur tərəfindən təhdid olunduğunu Space TV-nin "Onda başladıq" verilişində bəyan edib:

"Məni Azərbaycan sürgün etməklə, fəxri adımı əlimdən almaqla, efirlərə qadağa qoymaqla və digər məsələlərlə hədələyirlər. Bir sözlə, pambıqla başımı kəsmək istəyirlər. Bütün bunlar mənim əlimdə yazılı şəkildə faktlarla var. Bir hədə artıq həyata keçiriblər. Prezident təqaüdüm kəsilib. Bir artıq Mədəniyyət nazirimiz Əbilfəz Qarayevə ərizə və teleqramla müraciət etmişəm.Mənə bu gün məlumat verildi ki, şikayətimə hələ 1 aydan sonra baxılacaq. Əgər mənim həyatıma təhlükə varsa, dərdimi kimə deməliyəm?

Zülfiyyə Qurbanova
BAKU.WS