SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 14 yaşlı qız itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.

2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.

BAKU.WS