SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Brilliant Dadaşova Rusiyanın paytaxtı Moskvada konsert verib. "Vegas City Hall"da baş tutan konsertdə tamaşaçılar əsasən azərbaycanlılar olub.

BAKU.WS
-in məlumatına görə, Brilliant xanım konsertdən sonra həmyerlilərimizlə birgə restoranda əylənib.

Sosial şəbəkədə sənətkarın azərbaycanlılarla rəqsi paylaşılıb. 

Dadaşovanın konsertinə rusiyalı ulduz Alsu da təşrif buyurub. O, xalq artistinə nəhəng gül dəstəsi hədiyyə edib.

Xalq artisti konsertdən sonra təəssüratlarını bölüşüb: "Mənim solo konsertimə gələn gələ bilməyən bütün tamaşaçılarıma təşəkkürlər. Çiçəklər üçün bütün sevənlərimə, həmçinin dünya çapında sevilən müğənni Alsuya minnətdaram. Öpürəm sizləri! Çiçəklərin hamısını otelə gətirə bilmədik". 

Zülfiyyə Qurbanova
BAKU.WS