VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Bakı-Salyan yolunun Sədərək dairəsi istiqamətində “Qaz 31” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Nəticədə sərnişin aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə yüngül xəsarətlər alıb.

Əraziyə polis, təcili və təxirə salınmaz tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Fakt araşdırılır.

BAKU.WS