VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Yasamal rayonunu qara tüstü bürüyüb. BAKU.WS-in məlumatına görə, hadisə "Vital" Klinikanın yerləşdiyi binaya yaxın ərazidə baş verib.

Bəzi kütləvi informasiya vasitələrində klinikanın binasının yandığı yazılsa da sonradan rəsmi qurumlar məlumatı təkzib edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əslində bina yanmır. Binanın yaxınlığındakı məişət tullantıları yanır. Zibilin içərisində təkər və plastmas əşyalar olduğu üçün alovdan qara tüstü çıxıb.

Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın gedib və qısa zamanda yanğının qarşısı alınıb.

Ziya Səccad
BAKU.WS