SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Lətafət Ələkbərova ərə gedir.

BAKU.WS
-in əldə etdiyi məlumata görə, ilk ailə həyatı alınmayan aparıcı bu dəfəki seçimini Türkiyədə edib. Sanballı iş adamına ərə getməyə hazırlaşan Lətafət artıq toy hazırlıqlarındadır.

L.Ələkbərova saytımıza açıqlamasında xəbəri qismən təsdiqlədi: "Bilmirəm nədəndir, son vaxtlar mənim ərə gedəcəyimdən çox danışılır. Allah axırını xeyir etsin. Düzdür, evlilik təklifləri çox alıram. Hətta deyərdim ki, çox alıram. Hələki heç kimə "hə" deməmişəm. Hazırda iki namizədin təklifi üzərində düşünürəm. Biri çox məşhurdur, digəri isə sizin dediyiniz türkiyəli iş adamıdır.

Aparıcı 2018-ci ildə mütləq ərə gedəcəyini deyir: "Yenidən ana olmaq istəyirəm. Qızım artıq böyüyüb, təkdir, darıxır. Ona bacı-qardaş vermək istəyirəm. Əslində anam sağkən ikinci dəfə ərə getmək barədə düşünmürdüm. O, dünyasını dəyişəndən sonra həyatımda bir boşluq yarandı. Sirdaşsız qaldım... Bu boşluğu doldurmağa içimdə bir ehtiyac duyuram. Dərdləşməyə, sevincimi-kədərimi bölüşməyə yanımda doğma bir insanın olmasını istəyirəm".   

Zülfiyyə Qurbanova
BAKU.WS