SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev yayılan videoya münasibət bildirib.  

DYP rəsmisi BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə günorta saatlarında Bəsti Bağırov küçəsində baş verib: 

"Sürücü tərəfindən 3.1 (giriş qadağandır yol nişanının tələblərinin pozulması) maddəsinin pozulmasına görə saxlanılıb. Digər yol hərəkəti iştirakçılarına maneyə yaradıb və ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb. Sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və PPX-yə müraciə olunub. PPX əməkdaşları hadisə yerinə gələrək sürücünü 27-ci polis bölməsinə aparıb".

Rüfət Quliyevin sözlərinə görə, bu faktla bağlı araşdırma davam etdirilir.

***14:31

Bakıda YPX əməkdaşları ilə sürücü arasında mübahisə düşüb. 

BAKU.WS-in məlumatına görə, qayda pozan sürücü ilə polis əməkdaşları arasında mübahisədən sonra ona qarşı zor tətbiq edilir.

Taksi sürücüsü isə buna etiraz edir. Daha sonra əraziyə PPX əməkdaşları da cəlb edilib. 

Uzun müddət mübahisədən sonra polislər sürücünü aparmaq fikrindən daşınıb. 

Hadisə ilə bağlı BAKU.WS Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirildi ki, məsələ araşdırılacaq və bu barədə ictimaiyətə məlumat veriləcək.

Şahin
BAKU.WS