SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya gimnastı Mariya Sergeyeva Bakıda keçirilən Dünya Kubokunda halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, onun finalda nəticəsi 18.200 bal olub.

İkinci yeri 17.750 balla Belarus idmançısı Katerina Qalkina, üçüncü yeri isə ABŞ təmsilçisi Laura Zenq tutub - 17.350.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

BAKU.WS