VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən paytaxtda tragikomik hadisə yaşanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktyorları liftdə qalıb.

Belə ki, göstərilən normanı aşaraq liftə 9 nəfər minən aktyorlar 19-cu mərtəbədə ilişərək 56 dəqiqə gözləməli olublar.

Aktyorları hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

Qeyd edək ki, liftdə qalanlar aktyorlar Tural Əhməd, Nigar Babayeva, İlqar Musayev, Tural Baxış və başqaları olub.

BAKU.WS