VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə 12:10 radələrində daxil olub. Yanğın təxminən 3 saatdan artıq davam edib, tam söndürülüb".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".

BAKU.WS