BAKU.WS günün (29 aprel) ulduz falını təqdim edir:
QOÇ - Şeytani gündür. Ulduzlar doğmalarınıza qarşı aqresiyadan uzaq olmanızı məsləhət görür. Sağlamlığınızda problem yarana bilər. Səhhətinizə ziyan vura biləcək qidalardan uzaq olun.
BUĞA - Enerjili gündür. İşlərinizdə ehtiyatlı olun; hadisələr gözlədiyiniz kimi alınmaya bilər. Ən yaxşısı diqqət tələb olunan işdən uzaq olun.
ƏKİZLƏR - Hadisələr xoşagəlməz axarı və ya bədxahlarınızın gərəksiz müdaxiləsi hər şeyi buraxıb prinsipləriniz uğrunda mübarizəyə qalxmanıza səbəb olacaq. Özünüzü ələ almağa çalışın. Belə etsəniz itkiləriniz az olacaq.
XƏRÇƏNG - İş səfəri, romantik gğrüş və səyahət üçün əlverişli gündür. Yediklərinizə diqqətli olun. Zəhərlənmə ehtimalı böyükdür. Məhəbbət, məmnunluq bu gün sizi gözləyir. Əylənin.
ŞİR - Həyacan və narahatlıqla zəngin bir gündür. Doğmalarınızla ünsiyyətdə aqresiya və özündən razılıq hisslərindən uzaq olun. Ümidləriniz özünü doğruldacaq.
QIZ - Maliyyə çətinlikləri ola bilər. Yaxın insanlarla bağlı narahatlıq keçirəcəksiz. Başqalarının məsləhətinə qulaq asaraq qərar verməyin, sizə ziyan vura bilər.
TƏRƏZİ - Ümumilikdə uğurlu gündür. İşə yüksək əhval-ruhiyyə ilə başlasanız yaxşı nəticə əldə edəcəksiz. Günün birinci yarısının müsbət tendensiyası axşama təsir etməyəcək. Yeni tanışlıqlarda ehtiyatlı olun.
ƏQRƏB - Uğurlu dönəm davam edir. Bu gün hadisələrlə zəngin olacaq. Maddi vəziyyətiniz daxili dünyanıza nəzər salmağa imkan verəcək. İstirahət günüdür, dincəlin.
OXATAN - Səyahət üçün əlverişli gündür. İstənilən səfər sevinc gətirəcək. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Axşam doyunca əylənə bilərsiz.
OĞLAQ - Özünü analiz və öz düşüncələrinizlə yüklənmək yaxın insanlarla mübahisəyə gətirib çıxara bilər. Gün idmanla və ya istənilən fiziki işlə məşğul olmaq üçün əlverişlidir.
DOLÇA - Yaradıcılıq, eksperimentlər üçün uğurlu gündür. Çoxdankı arzunuzun gerçəkləşməsi və gözlənilməz xoş xəbərlər ehtimalı var. Yaxın insanlarla ünsiyyətdə kəskin ifadələr işlətməyin, aranız pozula bilər.
BALIQLAR - Gün gərgin başlayacaq. Xırda itkilər mümkündür. Günün ikinci yarısı daha sakit keçəcək. Sizi məqsədli şəkildə özünüzdən çıxara bilərlər. Təmkinli olun.
BAKU.WS