SİZİN REKLAM BURADA!
055 213 76 73



Avstraliya çempionatında “Nyukasl Cets” və “Melburn Siti” komandaları arasında keçirilən oyunda möhtəşəm qol qeydə alınıb.

BAKU.WS Sports.ru-ya istinadən məlumat verir ki, ev sahiblərin 2:1 hesabı ilə yekunlaşan oyununda “Nyukasl Cets”-in yarımmüdafiəçisi Rayli Makqri imza atıb. Oyundan sonra futbolçu bildirib ki, bu cür qol vuracağına inanmırdı.

“Fikrimcə bir az bəxtim gətirdi. Halbuki qol vurmağı çox istəyirdim. Çox şadam,”– deyə R.Makrqi bildirib.

Qələbə nəticəsində R.Makqrinin komandası Asiya Çempionlar liqasında oynamaq imkanı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, R.Makqri həmçinin Puşkaş mükafatı uğrunda mübarizə apara biləcək. FİFA tərəfindən təsis edilən mükafat ilin ən gözəl qolun müəllifinə verilir. 2016-cı ildə bu mükafata malaziyalı Faiz Subri layiq görülüb, 2017-ci ildə isə fransalı hücumçu Olivye Jıru. Yeri gəlmişkən onun “Kristal Pelasa” vurduğu həmin qol R.Makqrinin qolunu xatırladır.

İsmayıl Fətəliyev
BAKU.WS