SİZİN REKLAM BURADA!
055 213 76 73



Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Bakı" prospektində baş verib.

"Nissan” markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS