SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə yan yollar boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 27-dən 28-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarınadək bir neçə saatlıq qüvvədə olacaq.
 
Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.

BAKU.WS