SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkəldə azərbaycanlı “avtoriteti” söyən gəncə həmyaşıdları tərəfindən “dərs verilməsi” videosu cəmiyyətdə, xüsusilə gənclər arasında qanundankənar olanlara xüsusi rəğbətin olduğunu göstərir.


Sirr deyil ki, “avtoritetlər“, “qanuni oğrular” barədə xəbərlər oxunur, izlənilir və müzakirə edilir: Ded Xasan, Rövşən Lənkəranskinin, Qocanın ölümləri , Lotu Qulinin ölkəni tərk etməsi və s. Bəs bu marağa səbəb nədir?


Azərbaycanda müxtəif dövrlərdə qanundankənar hərəkat başçıları olub. Tarixçilər deyir ictimai mübarizənin iki forması var: milli və sosial. Kərəm Məmmədovun qənaətinə görə, Azərbaycanda milli mücadiləyə meyilli sosial hərəkətlər üstünlük qazanıb.

“Qaçaq Nəbi bizə yad olan çar Rusiyası və onun əlaltılarına qarşı vuruşub. Köroğlu ilk olaraq sosial hərakatın başçısı idi lakin sonradan bəlli oldu ki o qızılbaş olub və işğalçılara qarşı mübarizə aparıb. Babək ərəb işqalçıları ilə vuruşub.”

Yəni onların sosial mübarizəsi sosial ədalət uğrunda aparılıb və həmçinin kasıblara əl tutduğu üçün “mərd oğlan”, qəhrəman kimi tarixə düşüblər, - deyə tarixçi bildirib.

Lakin zaman keçdikçə kriminal avtoritetlərləri onları əvəzləməsi, onların qəhrəman kimi qəbul edilməsi tendensiyası ortaya çıxıb. Bunun bir neçə səbəbi var. Cəmiyyətdə idarəedənlərin sayı idarəolunanların sayından azdır. İnsanlar hər hansı bir lider keyfiyyətləri olar insanı görəndə, onu az qala bütləşdirir. Qanundankənar şəxslər, avtoritetlər də istisna deyil.

"Qanundankənar olan şəxslər də bir növ liderdir"


Sosiopsixoloq Zaur Tahirsoy deyir liderlik xüsusiyyəti olan insanlar cəmiyyətdə seçilirlər. “Avtoritet”, diqər qanundankənar olan şəxslərdə bir növ liderdir, onların həyat prinsipi cəmiyyətə ədaləti sağlamaqdır lakin özünəməxsus, bir çox halda qanunsuz metodlar ilə.

“İnsan özü edə bilmədiyi, bacarmadığı şeyi digəri edəndə, onda avtomatik olaraq həmin şəxsə qarşı rəğbət yaranır. Məsələn, hər bir insan atasını öldürən adamı məhkəmə zalında öldürməyə arzulaya bilər, lakin hər kəs onu edə bilməz. Bunu edənə isə artıq şüuraltı rəğbət oyanır.”

Mütəxəssislər deyir “avtoritetlərə” rəğbət edilən, onların yolunu davam etdirmək istəyən dünyagörüşü dar olan, savadı zəif, tarixi az oxuyan gənclərdir.

Gənclər elə insanlara qəhrəman kimi baxırlar

Psixoloq Vəfa Qurbanova deyir ki, bu şəxslər insanları bir az ilahiləşdirir, bütləşdirirlər.

“Bu gün yeniyetmə və gənclərə baxsaq, hansısa avtoritetin həyatını izlədiyini, onun kimi davranmaq istədiyini, onu öz üzərinə obraz kimi seçdiyini görərik. Onlar zaman gözləyir ki, nə vaxtsa onların həyatlarını yaşasınlar.”

Görünən odur ki, yaranmış vəziyyəti dəyişdirmək üçün qəhrəmanlar dəyişilməlidir. Bunu isə ailə və məktəbdə verilən tərbiyə ilə yanaşı elə həmin kütləvi informasiya vasitələrində aşılanmalıdır.

İsmayıl Fətəliyev 
BAKU.WS