VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Elgiz Əkbərin aparıcısı olduğu "Səhər-səhər” proqramında (ARB) maraqlı anlar yaşanıb.

BAKU.WS 
xəbər verir ki, əməkdar artist Nahidə Orucova xalq artisti Ramiz Novruzova aşiq olduğunu etiraf edib.

Aktyorun verilişdə iştirak edən oğlu Cavidan Novruz lirik mahnı ifa edərkən Nahidə xanım kövrələrək ağlayıb.

Elgiz Əkbər aktrisadan göz yaşlarının səbəbini soruşub. Aktrisa, "Cavidan mənim cavanlığımı yadıma saldı. Gəncliyimdə Ramiz Novruzu sevmişəm. Çox qəribə sevirdim. Sonra iş elə gətirdi ki, səhnədə onun həyat yoldaşı oldum. Ürəyimdə dedim ki, kaş bu həyatda olaydı, heyif. Amma o, Xoşavaz xanımı seçdi”.

Əli Mirəliyev aktrisanın bu etirafından hirslənib və iradını bildirib: "Camaat eşitsə nə fikirləşəcək? Bəs mənə deyirdin uşağının atası ilə barışmaq istəyirsən? İndi bu söhbətdən sonra mən sizi necə barışdıracam?"

Cavidanın bu söz-söhbətə reaksiya və açıqlaması hər kəsi təəccübləndirib: "Siz nədən danışırsız? Ata-oğul arasında qan salmaq istəyirsiz? Mən özüm Nahidə xanımı sevmişəm".

Nahidə Orucova gənc aktyorun bu etirafına, "Ay Allah" deyərək, onu qucaqlamaqla qarşılıq verib.

Zülfiyyə Qurbanova
BAKU.WS