SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerikalı alimlər insan beynindəki hüceyrələri siçanlara implantasiya edərək əməliyyatın davranışlarına necə təsir etdiyini araşdırıblar.

BAKU.WS-in bizimyol.info-ya istinadən verdiyi məlumata görə, tədqiqat “Nature Biotechnology” jurnalında dərc edilib.

Bioloqlar xüsusi mühitdə böyütdükləri mərci toxumu ölçüsündə insan beyninin orqanoidlərini siçanın başına köçürüblər. “Mini-beyin” qismən gəmiricilərin öz beynini əvəz edib. Nəticədə sinir hüceyrələri nəinki yaşaya bilib, hətta inkişaf etməyə başlaıyb: 233 gündən sonra onların quruluşu və yetkinliyi yeni doğulmuş körpənin beyni ilə müqayisə ediləcək səviyyədə olub.

Lakin siçanların “insan” beyni ilə davranışları normal vəziyyətdən fərqlənmir. Düzdür, əvvəlcə təcrübə subyektləri yaddaş testindən daha yaxşı keçməyə başlayıblar, lakin sonda göstəricilər öz standartalarına qayıdıb.

Alimlər hesab edirlər ki, tədqiqatın nəticələri regenerativ tibb sahəsində inqilab ola bilər: böyüyən hüceyrələr insanları implantasiya etmək üçün istifadə oluna bilər.
 
BAKU.WS