VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Nadir Qafarzadə prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişində əzablı keçmişindən söz açıb.

BAKU.WS
-in məlumatına görə, Qafarzadə aparıcının “Neçə yaşında səhnədən gedəcəksən?” sualını belə cavablandırıb:

“55-dən sonra bu barədə fikirləşərəm. Çünki mən heç kimə yük olmaq istəmirəm. Heç övladıma möhtac olmaq istəmirəm. İstəmirəm gəlin, nəvə mənə su gətirsin. Uşaq yaşlarımdan pul qazanıram. İkinci sinifdən artıq toylara gedirdim. Ömür boyu işləmişəm. Mənim uşaqlığım olmayıb. Gəncliyim, cavanlığım da olmayıb. Anadan doğulandan belə olmuşam. Heç nəyim olmayıb. Keçmişlə bağlı nəyi yadıma salsam, ancaq əzab-əziyyət, göz yaşı görürəm”.

BAKU.WS