SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirin Düyərli kəndində ağır yol qəzası qeydə alınıb.

ARB TV xəbər verir ki, idarəetmədən çıxan “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə Sabirkənd kənd sakini, 28 yaşlı Ayaz Allahverdiyev və 31 yaşlı Emin Məməmmədov adlı şəxslər ölüb.

Avtomobildə olan sərnişinlər 22 yaşlı Xəyyam Əmiraslanov və 20 yaşlı Elzamin Əmiraslanov isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdı.

Qəzaya düşənlər Sabirkənd kəndindən Zəyyəm Cırdaxan kəndinə toy mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS