SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb. Hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S.Heydərov hadisə yerində ölüb.
Məlumata görə, 64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)

BAKU.WS