SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.


BAKU.WS
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclisin deputatlarının, Prezidentin, bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Qeyd edək ki, aprelin 11-i həftənin 3-cü günüdür. 

Rəşad Əliyev
BAKU.WS