SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevirdə 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə yol polisləri maraqlı reyd keçirib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Yol polisləri dayandırdıqları qadın sürücülərə, piyada keçidindən keçən qadınlara gül hədiyyələri verib, onları təbrik ediblər. Bəzi sürücü qadınlarda bu təəccüblə qarşılanıb. 10 il sürücülüklə məşğul olan sürücü qadın Rahilə Hadıyeva:

"Polis mənə saxla əmri verəndə təəccübləndim ki, axı mən heç bir qayda pozuntusu etməmişəm. Dayananda aydın oldu ki, onlar biz qadınları 8 mart bayramı münasibəti ilə təbrik edirlər. Bu çox sevindirici bir haldır. Bir qadın sürücüsü kimi başda Ramil Usubov olmaqla bütün polislərə təşəkkürümü bildirirəm. Arzu edərdim ki, onlar bizi həmişə təbrik etmək üçün saxlasınlar".

Reyddən sonra açıqlama verən Mingəçevir şəhər polis şöbəsinin DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru polis baş leytinantı Tahir Qarayev deyib:

"Tərəfimizdən gündəlik qayda pozuntularına qarşı tədbirlər görülür, mütəmadi olaraq reydlər keçirilir. Reyd zamanı sərxoş sürücülər, işıqforun qırmızı işığında hərəkət edən, ötmə əməliyyatlarını yerinə yetirən, bütün məsuliyyətsiz sürücülərə qarşı ciddi tədbirlər görülür. Bundan başqa nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişiklik edən, əlavə pərdə örtükləri istifadə edən sürücülərə qarşı ciddi tədbirlər görülür, heç bir güzəştlər olunmur. Belə tədbirlərimiz də mütəmadi olaraq davam etdiriləcəkdir. Bü gün də 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə qadın sürücü və qadın piyadaları təbrik etmək üçün reyd keçirdik. Reyd zamanı bir neçə qadın təbrik üçün saxlanıldı. Düzdü, onlar bir az tərəddüd keçirdilər. Amma biz də yol polisi olaraq qadın sürücülərə həm də onu bildiririk ki, nəinki bayram günlərində, adi günlərdə də ehtiyatlı olsunlar. Mingəçevirdə sürücülərin 95 faizini kişilər təşkil edir. Qadın sürücülər azdır. Ən çox qayda pozuntusu törədən kişi sürücüləridir. Bir daha bütün xanımlarını 8 Mart Qadınlar bayramını təbrik edirik".

BAKU.WS