VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə mətbuatı "Zeytun Dalı" əməliyyatında 8 əsgərin bir gündə şəhid olduğu döyüşlə bağlı təfərrüatları açıqlayıb. 

BAKU.WS-in məlumatına görə, Kel Tepe adlı ərazidə terrorçularla döyüşən 100-ə yaxın əsgərin sursatı bitib. 27 fevral tarixində baş verən bu döyüşdə komandirin tarixə keçən qərarı hər kəsi heyrətləndirib.

Əsgərlərinin terrorçu gülləsi ilə şəhid olmasına razı olmayan komandir Hərbi Hava Qüvvələrinə məlumat verərək ərazini bombalamağı göstəriş verib. Əsgərlərinə isə avtomata süngü taxmağı və bu cür döyüşü davam etdirməyi əmr edib.

Türk pilotlar bu həssas məqamda dəqiqliklə terrorçuların hədəflərini vurub və onları ağır itkilər verməklə geri çəkilməyə məcbur edib. F-16-lar çətin imtahandan üzü açıq çıxıb və terrorçulara yaxşı dərs verib. 100 faizlik dəqiqliklə bütün hədəfləri vuran pilotlar türk ordusunun gücünü bir daha nümayiş etdirib.

Şahin
BAKU.WS