VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda bir gecədə iki quldurluq hadisəsi törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal “isti” izlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.

Polis əməkdaşlarının operativliyi nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Mirzalı Nuriyev və Lökbatan qəsəbə sakini əvvəllər məhkum olunmuş Elçin Əsədli müəyyən edilərək saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əlavə tədbirlərlə eyni tarixdə vətəndaş Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayətləri etiraf edərək hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq gördüklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.

BAKU.WS