VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Tokat vilayətinin Erbaa rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 2 avtobusda cəmi 4 min 710 qutu qaçaqmal siqaret və 133 şüşə qaçaqmal spirtli içki ələ keçiriblər.

Virtualaz.org “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Dəyirmanlı kəndinin yaxınlığındakı yolayrıcında qeydə alınıb. İki avtobusda 9 Azərbaycan vətəndaşından qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş mallar aşkarlanaraq götürülüb.

Azərbaycanlılar 71 min 298 TL cərimə ediliblər. Bundan başqa, avtobus sürücüləri də 2 min 854 TL məbləğində cərimələnib.

BAKU.WS