SİZİN REKLAM BURADA!
055 213 76 73



“Xahiş edirəm, səhvim varsa, düzəldin. Bir idman klubu alpinistlərini dağın təpəsinə göndərir və bunların üstündə yalnız telefon olur?! Dünyanın harasında belədir?!”

BAKU.WS-in məlumatına görə, bunu “Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Babur Hüseynovun bacısı tanınmış teleaparıcı Cəlalə Nəzəroğlu Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, belə təhlükəli səfərlərə çıxanların radio-ötürücüsü və başqa avadanlıqları olmalıdır.

Hər an bu adamlar uçqunun altında qala və ya uçurumdan yarğana düşə bilməzdimi? Necə olur ki, ailə əlaqənin kəslidiyini idman klubundan əvvəl bilir və özü aidiyyatı quruma müraciət edir? Bəyəm pilotların radardan itdiyini anası təqib edir?
Yoxsa mənzil başına çatana kimi xüsusi izlənilir?

Bütün günü saytlara telefonla müsahibə verən o qaqaş da, idman klubunun adı da kifayət qədər tanındı. Bundan bizə nə? Nədir bu qeyri-peşəkarlıq?”, - Cəlalə Nəzəroğlu bildirib.



Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

Onu da bildirək ki, Cəlalə Nəzəroğlu Xəzər TV, ANS TV-də çalışıb. O hazırda ASAN Radioda fəaliyyət göstərir.

BAKU.WS