SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin İstanbul şəhərində 6-cı Beynəlxalq "Turkish Open Karate Tournament" turnirinə start verilib.

BAKU.WS-in məlumatına görə, dekabrın 15-dən 17-ə kimi davam edən yarışda "Qaraqaplan" klubu 3 idmançı ilə təmsil olunub.

Klubun idmançılarından 25 kiloda Yusif Cəfərov (8 yaş) 2-ci yerin sahibi olub. +45 kiloda Orxan Musayev (10 yaş) 1-ci yeri çıxaracaq qızıl medalın sahibi olub.

Rafael Zeynalov isə 30 kiloda (8 yaş) çıxış edib. O, 1/2 final döyüşündə mübarizəni dayandırıb.

Nazim
BAKU.WS