VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur.

BAKU.WS-in məlumatına görə, 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

5-cı sətirdə “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

28 noyabr 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adı
Avtonəqliyyat vasitəsinin markası
 Buraxılış ili
Start qiyməti
(manatla)
 10% beh
(manatla)
1.
Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi
QAZ-270500
1996
1275
128
2.
Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi
Opel Omeqa
1992
1125
113
3.
Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi
Doğan-S
1994
900
90
4.
Azərbaycan Respublikası Baş Prokurorluğu
Nissan Maxima
2006
3330
333
5.
“Azərsu”ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsi
KAMAZ 4310
1989
3600
360
6.
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı
FİAT Doblo
2007
3500
350
7.
Xaçmaz rayon İcra Hakimiyyəti
Mitsubishi Pajero
2007
10000
1000
8.
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
KİA RİO
2009
5000
500
 
Azərbaycan Respublikası “Bakı Metropoliteni” QSC
KAMAZ-55102
1994
7000
700

Şahin
BAKU.WS