055 213 76 73
BAKU.WS-in məlumatına görə, yarışmada iştirak edən məşhurlar haqqında bilinməyənləri özləri açıqlayıb.
Ülviyyə Alovlu isə Amerikanın məşhur şirkətlərindən birində yüksək statusda işlədiyini bildirib. Jurnalist Röyanın "Röyayam" mahnısının sözlərini yazdığını da açıqlayıb.
İlkin Misgərli 5 il "kloun" işlədiyini etiraf edib. Bizim "Zuzu, Mimi və Gombul" adlı məşhur üçlüyümüz var idi.
Mehriban Xanlarova isə 8-ci sinifdə məktəbi tərk edib və oyuncaq fabrikində işləməyə başlayıb.
Aparıcı Vüsalə Kərimova ilk dəfə "Sara" kanalında xəbərlər buraxılışında çalışıb. 14 il prezident müxbiri kimi çalışan Vüsalə "Araz radiosu"nun və MUZ TV-nin direktoru kimi çalışıb.
Aparıcı Vüsalə Əlizadənin 1-ci kursdan sonra böyrəkləri fəaliyyətini dayandırıb. Anası öz böyrəyini qızını verib və Vüsalənin həyatını xilas edib.
Xatun Əliyeva isə Azərbaycan mətbuatında jurnalist kimi özünü sınayıb və bir neçə qəzetə yazılar verib.
BAKU.WS