SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub.

BAKU.WS report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində sərnişin avtobusundan düşərək yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını minik avtomobili vurub.

Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarərisində araşdırma aparılır.

BAKU.WS