VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İraq ordusu Mosulda İŞİD terror təşkilatının tərkibində olan döyüşçülər, onkların yoldaşları və uşaqlarının da olduğu 1400 nəfəri əsir götürüb.

BAKU.WS-in məlumatına görə, iraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisiminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə edir. Asiyadan, Fransadan və Almaniyadan da az sayda əsir var.

Norveçli Sığınacaq Düşərgəsi sözçüsü Melani Marxam mövzu ilə əlaqədar bunları söyləyib: "Onların vəziyyəti çox pisdir. Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşılayırıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. Biz İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərarını verməsini gözləyirik".

İŞİ terrorçularının ailələrinin böyük bir hissəsi Mosulun şərqindəki bu düşərgəyə 30 avqustdan sonra gəlib.

Şahin
BAKU.WS