SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qarabağ” və Danimarkanın "Kopenhagen” komandaları arasında keçiriləcək Çempionlar Liqasının ilk "pley-off” matçı üçün start heyətləri açıqlanıb.

BAKU.WS "Qaynarinfo”ya istinadən xəbər verir ki, meydan sahiblərinin heyətində Rəşad Sadıqov "11-liy”ə daxil edilməyib. Zədədən sonra bərpa dövrü keçən Sadıqov ehtiyat oyunçular skamyasında yer alıb.

"Qarabağ”: 13. İbrahim Şehiç, – 5. Maksim Medvedev (kap.), 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov – 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda – 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu

"Kopenhagen”: 25. Robin Olsen – 3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner – 6. Uilyam Kvist (kap.), 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu – 9. Federiko Santander, 11. Andriya Pavloviç

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.
 
***
 
Qarşılaşmanın 25-ci dəqiqəsində "Qarabağ" hesabı açır. Mahir Mədətov "Qarabağ"ı 1:0 önə çıxarır.
 
***
 
Birinci hissə "Qarabağ"ın üstünlüyü ilə başa çatıb. Komandalar Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu yeganə qolla fasiləyə yollanıb.
 
***
 
Qqarşılaşma 1:0 "Qarabağ komandasının xeyrinə başa çatdı. Bununla da "Qarabağ" komandası tarixində ilk dəfə Çempionlar Liqasının play off mərhələsinə yüksəlir.
 
BAKU.WS