VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

"Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V.Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.
 
BAKU.WS