SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Dövlət Yol Polisi BAKU.WS-in "Bakıda YPX maşını kobud qayda pozdu, kameraya düşdü" başlıqlı  tənqidi yazısını araşdıraraq nəticədə YPX inspektorunu cəzalandırıb. 

Bu barədə BAKU.WS-in redaksiyasına Bakı Dövlət Yol Polisindən məktub daxil olub. Məktubda bildirib ki, video görüntüdə əks olunan BMW markalı "99-YP-381" dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektoru barəsində intizam qaydasında müvafiq tədbirlər görülüb.  

Qeyd edək ki, "Bakıda YPX maşını kobud qayda pozdu, kameraya düşdü” başlıqlı xəbər iyun ayının 13-də saytda çıxıb. "99-YP-381" dövlət nömrə nişanlı YPX manevr edərək qəfil qarşı yola çıxır. Üstəlik sayrışan işıq yandırmayan polis maşını digər sürücüləri çətin vəziyyətə salıb. Ayıq-sayıq sürücülər qəfil qarşılarına çıxan YPX maşını görüb sürəti azaldıblar.
 
İman
BAKU.WS