SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
 
Xəstəxanadan məlumat təsdiqlənib.
 
BAKU.WS