SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Ötən gün metroda eskalatorda insanların arasında qızla oğlanın öpüşdüyü anın videosu cəmiyyətdə birmənalı qarşılanmadı.
 
KİV-də iddia edildi ki, hadisə Bakı metrosunda baş verib. Həmin qız və oğlanın hərəkətlərini qınayanlar da oldu, onlara dəstək verənlər də. Bəs, ölkənin tanınmış insanlarının məsələyə müsabiəti necədir? BAKU.WS sorğu keçirib.

Müğənni Əli Mirəliyev: İnsanların arasında açıq-aşkar öpüşməkləri düzgün deyil. Ən azından ətrafındakı insanlara hörmət etməlisən. Lakin bunlar yenə də qız və oğlandır. Bəs, oğlanla oğlanın öpüşməyini kimin ayağına yazaq. Bu çox böyük problemdir. Şou-biznesdə də bu məsələ aktualdır. Bəzi kişilər arvad kimi bəzənirlər – üzlərini dartdırırlar, qaş aldırırlar və.s

Müğənni Vasif Məhərrəmli: Bura hər hansı Avropa ölkəsi deyil, bura Azərbaycandır, başqa ölkədir. Hərəkətlərinə fikir verməlisən. O qızın yəqin ki, atası, anası, yiyəsi yoxdur. Bu, tərbiyəsizlikdir. Burada başqa məsələ də ola bilər. Bəlkə də onlar heç azərbaycanlı deyil. Qəsdən belə edirlər ki, bu millətin əxlaqını pozsunlar.
 


Tanınmış aparıcı Zemfira Adıgözəlova: Təbii ki, normal yanaşmıram. Avropada belə hallar baş verir. Lakin onlara heç fikir də vermirlər. Bura Azərbaycandır. Hərəkətlərinə fikir verməlisən, əhalini nəzərə almalısan.
 


 
Murad Səmədov
BAKU.WS