SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib.
 
BAKU.WS xəbər verir ki, bu barədə meyxanaçı Lent.az-a açıqlamasında deyib. O bildirib ki, təklifə müsbət yanaşmayıb: "Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü  onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm”.
 
Qeyd edək ki, xanım meyxanaçı ötən ay Lent.az-a açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.
 
Qeyd edək ki, Mətiş Naxçıxanının yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında oğlu var. 
 
BAKU.WS