VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Nərimanov rayonunda, H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində yol qəzası baş verib.
 
APA TV-nin məlumatına görə, avtoqəza zamanı "Toyota" və "Hyundai" markalı minik maşınları toqquşub. Əraziyə YPX müfəttişləri cəlb olunub və ilkin məlumatda bildirilib ki, hadisə avtomobillərin sürücülərinin bir-birinə yol verməməsi səbəbindən baş verib.
 
Belə ki, "Toyota" markalı avtomobil K.Rəhimov, "Hyundai" markalı avtomobil isə H.Əliyev küçəsi ilə hərəkətdə olub və anlaşılmazlıq nəticəsində yol ayrıcında minik maşınları toqquşub.
 
Xəsarətsiz ötüşən avtoqəzanın səbəbləri araşdırılır.
 
BAKU.WS