VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu il Azərbaycanda doğuş zamanı 8 ana ölümü hadisəsi baş verib.

BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, bunu jurnalistlətə açıqlamasında Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib. O qeyd edib ki, bunların hamısı mətbuatda işıqlandırılıb, səbəbləri araşdırılıb. Ölümlərinin yarısı eksternal patologiyalar səbəbindən baş verib.

S. Məmmədova bildirib ki, ana ölümlərinə daha çox səbəb olan ekstra genital səbəblərin profilaktikası üçün vaxtında həkimə müraciət etmək və müayinələrdən keçmək lazımdır: "Hər bir qadın poliklinikaya gələndə bilməlidir ki, orada 3-4 saat ləngiyəcək. İşlərini elə həll etməlidir ki, həkimlərin onu müayinə etməyə vaxtı olsun və lazımi müalicə yazsın”.
 
BAKU.WS