VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
2016-cı il martın sonları idi. Son günlər atəşkəsi daha intensiv şəkildə pozan erməni silahlı birləşmələri martın son günündə, aprelin əvvəllərində daha genişmiqyaslı təxribat törətmək istədi. Ordu hissələrimiz bu təxribatın qarşısını aldı, əks-hücuma keçdi...
 
Əks-hücum haqqında məlumatı, silahların, sursatların maşınlara yüklənməsi, toplardan atəş açılması əmrini şəxsi heyətə çavuş Ramin Hümmətov çatdırdı...

Döyüşdə komandirin əmrlərinin ayrı-ayrı bölmələrə vaxtında və anlaşıqlı şəkildə çat-dırılması da əməliyyatın gedişinə təsir göstərir; əməliyyatın gedişində hər əmr olduqca əhəmiyyətlidir. Çavuş Ramin Hümmətov bütün mövcud vasitə və üsullardan istifadə etməklə əmrləri müvafiq kiçik komandirlərə vaxtında çatdırırdı...
 
...Artilleriyaçılarımız düşmənin atəş mövqelərini, strateji məntəqələrini atəşə tutdu...

Piyadalarımız hücuma keçdi...

Lələtəpənin yaxınlığındaydılar. Binoklla müşahidə aparılırdı. Elə bu an divizion komandirinin əmri eşidildi: yerə yatın! - binoklla onlara atəş açmağa hazırlaşan snayperi görübmüş...

...Yaxınlıqlarına mərmilər düşürdü. Yer titrədi elə bil.

Mərmilər çavuş Ramin Hümmətovun hər iki ayağını yaraladı. Ona ilk yardımı zabit İlqar Məmmədov göstərdi - döyüşün içindən çıxartdı. Yeriyə bilmirdi. Təcili təxliyə etdilər - ayaqlarında çoxsaylı qəlpələr vardı...

Sağ ayağı fəaliyyətini itirdi...

Çavuş Ramin Hümmətov "Şücaətə görə" medalı ilə təltif edilib...

Sevinci, kədəri, qəhəri də gizlətmək mümkün deyil. Bəzi məqamlarda baxışlar bu iki duyğunu qoşa yaşadır; sevincdə kədər, qəhər görünür, kədərdə, qəhərdə sevinc. Aprel döyüşlərinin ildönümü ərəfəsində Raminlə görüşəndə onun baxışlarından bunu sezdim. Sezdiyimi dedikləri təsdiqləyirdi: "Sağlamlığım bərpa olunsa, yenidən xidmətə qayıdaram. Böyük Qələbəni qazanacaq hərbçilərin sırasında olmaq istərdim".

"Azərbaycan Ordusu"
BAKU.WS