SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarmadasında havanın tutulub-açılacağı gözlənilir, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.


Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək.


Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Ziya Səccad
BAKU.WS